Basketbol üzrə Avroliqada 14-cü tura start verilib. Çempionatın favoritlərindən olan “Real Madrid” Kaunasda “Jalgiris”in qonağı olub. İlk bölüm hazırkı İspaniya çempionunun üstünlüyü şəraitində keçsə də, fasiləyə qədər litvalılar vəziyyəti xeyrinə dəyişə bilib. İkinci hissədə də “Jalgiris” meydanda dominantlıq edib: "Jalgiris" - "Real Madrid" 81:72.
Bununla da, kaunaslılar ardıcıl 3 məğlubiyyətdən sonra azarkeşlərini qələbə ilə sevindirib. Madridlilər isə ardıcıl 3-cü görüşündə 2-ci məğlubiyyəti ilə üzləşib. Son vaxtlar məğlubiyyətlərə adət edən “Olimpiya Milano” isə nəhayət ki, qələbənin dadını çıxara bilib. Son 9 oyunda uğursuzluq yaşayan İtaliya təmsilçisi Belqradda “Srvena Zvezda”dan üstün olub. Artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alan berqamolular fasiləyə 14 xal fərqli üstünlüklə yollanıb. İkinci hissədə “Srvena Zvezda” bir qədər fəallaşa da, “Olimpiya Milano” qələbəni əldən verməyib: Srvena Zvezda – Olimpiya Milano 67:71. Günün digər oyununda isə “Bavariya” Münhendə “Valensiya”nı 97:92 hesabı ilə məğlub edib.